Belarus Prezidenti Aleksandr Lukaşenko İsrail və ABŞ-nin İranı hədəf alan hücumlarını qəbuledilməz olaraq qiymətləndirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Prezident xüsusilə mülki şəxslərin və uşaqların həyatını itirməsini sərt sözlərlə tənqid edib:
Lukaşenko, xüsusilə, uşaqların həyatını itirməsinə diqqət çəkərək hücumların beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaratdığını vurğulayıb.
İsrail və ABŞ 28 fevral tarixində İranın hərbi və nüvə obyektlərini hədəf alan genişmiqyaslı bir əməliyyat başlatdı. Hücumlarda İranın paytaxtı Tehran da daxil olmaqla bir çox nöqtədə partlayışlar baş verdi. Əməliyyat çərçivəsində İranın yüksək səviyyəli hərbi rəsmiləri və siyasi liderlərinə qarşı hədəfli hücumlar da həyata keçirildi.