Ötən gün İrandan Türkiyə istiqamətində atılan ballistik raketlə bağlı İrandan ilk rəsmi açıqlama verilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran tərəfindən atılan və Türkiyə hava məkanında məhv edilən ballistik raketlə əlaqədar İran tərəfi ilk açıqlamasını verib. İranın Ümumi Qərargahı tərəfindən verilən açıqlamada, "Biz Türkiyə ərazilərinə raket atmamışıq, Türkiyənin suverenliyinə hörmət edirik" - deyilib.
Qeyd edək ki, ötən gün İran tərəfindən atılaraq Türkiyə hava sahəsinə yönələn ballistik raket vaxtında müdaxilə edilərək məhv edilib. NATO müdaxiləsi ilə dayandırılan raketin bəzi hissələri Hatay şəhərinə, digər hissələri isə Suriyanın Kamışlı bölgəsinə düşüb.