logo
logo logo
logo

“Liverpul” “Çelsi”ni məğlub edərək 1/4 finala yüksəldi - VİDEO 

09:33 - 29 Oktyabr 2026

“Liverpul” “Çelsi”ni məğlub edərək 1/4 finala yüksəldi - VİDEO 

“Liverpul” futbol klubu İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Çelsi”ni penaltilər seriyasında məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.


Manset.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Liverpul”un heyətində Kodi Qakpo 43-cü dəqiqədə fərqlənib. “Çelsi”nin yeganə qolunu isə 40-cı dəqiqədə penalti zərbəsindən Morqan Rocers vurub.

Penaltilər seriyasında daha dəqiq oynayan “Liverpul” 6:5 hesabı ilə qalib gəlib.

Mersisayd təmsilçisinin 1/4 final mərhələsindəki rəqibi püşkatmadan sonra müəyyənləşəcək. Daha əvvəl “Mançester Siti”, “Bredford Siti”, “Bornmut”, “Kristal Pelas”, “Sanderlend” və “Arsenal”ı mübarizədən kənarlaşdıran “Flitvud Taun” növbəti mərhələyə yüksəlib. “Everton” – “Nyukasl” matçı oktyabrın 29-da keçiriləcək.

Qeyd edək ki, 1960-cı ildən təşkil olunan İngiltərə Liqa Kubokunda ölkə çempionatının dörd yüksək divizionunda çıxış edən klublar mübarizə aparır. Turnirin rekordçusu 10 dəfə qalib olmuş “Liverpul”dur. Ötən mövsümün qalibi isə “Mançester Siti” olub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az