logo
logo logo
logo

Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq 

11:30 - 29 Oktyabr 2026

Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq 

Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.


Manset.az xəbər verir ki, bu gün Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq.

59 kq çəki dərəcəsində yarışan Ruzanna Məmmədov təsnifat mərhələsində yaponiyalı Natsuki Yamaquçi ilə qarşılaşacaq.

Sərbəst güləşçilərimizdən Rəşid Babazadə (65 kq) Tairbek Jumaşbeklə (Qırğızıstan), Maqomedxan Maqomedov (97 kq) isə Aleksandr Quştinlə (Belarus) üz-üzə gələcək.
DÇ noyabrın 1-də yekunlaşacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az