BƏƏ zərərsizləşdirdiyi İran raketləri və insan itkilərinin sayını açıqlayıb

18:33 - 15 Mart 2026

BƏƏ zərərsizləşdirdiyi İran raketləri və insan itkilərinin sayını açıqlayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə (HHM) sistemləri martın 15-də İranın dörd ballistik raketini və altı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.


Manset.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin "X"dəki açıqlamasında bildirilir.

Bununla da, Yaxın Şərqdəki eskalasiyanın əvvəlindən bu günə kimi ölkədə 298 ballistik raket, 15 qanadlı raket və 1 600-dən çox PUA zərərsizləşdirilib.

Müdafiə Nazirliyi bildirib ki, eskalasiya başlayandan bu zərbələrin qurbanlarının sayı altı nəfər olub. Onlar BƏƏ, Banqladeş, Nepal və Pakistan vətəndaşlarıdır. Bundan başqa, 142 nəfər yüngül və orta dərəcəli xəsarətlər alıb. Beləliklə, martın 14-dən etibarən yaralananların sayı daha bir nəfər artıb.

Zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının adı da qeyd olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az