Öldüyü deyilən Netanyahudan AÇIQLAMA - VİDEO

20:26 - 15 Mart 2026

Öldüyü deyilən Netanyahudan AÇIQLAMA - VİDEO

İsrailin Baş naziri Benyamin Netanyahu onun guya öldüyü barədə yayılan şayiələrə münasibət bildirib.


Manset.az xəbər verir ki, baş nazir sosial şəbəkələrdə yayılan və saxtalaşdırıldığı iddia edilən videoya münasibət bildirib.

Qeyd edək ki, baş nazirin daha əvvəlki videomüraciətində kadrlarda bəzi istifadəçilər onun əlində guya altı barmaq olduğunu iddia edərək müxtəlif sui-qəsd nəzəriyyələri irəli sürmüşdülər.

Netanyahu isə buna cavab olaraq bu gün kafedə çəkilmiş video paylaşıb. Görüntüdə o, kapuçino götürərək zarafatla belə deyib:

"Sadəcə ölürəm - qəhvə istəyindən! Xalqım naminə özümü qurban verirəm. Barmaqlarımın neçə dənə olduğunu saymaq istəyirsən?".

Bununla o, sosial şəbəkələrdə yayılan ölüm xəbərlərini və iddiaları istehzalı şəkildə təkzib edib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az