İran İsrail HHQ-nin bazasına zərbələr endirdi

19:14 - 23 Mart 2026

İran İsrail HHQ-nin bazasına zərbələr endirdi

İran İsrail Hərbi Hava Qüvvələrinin "Təl-Nof" aviabazasına hücum edib, həmçinin ABŞ-nin İordaniya ərazisindəki "Əl-Əzraq" bazasında yerləşən "F-35" və "F-15" qırıcılarına zərbələr endirib.


Manset.az Mehr agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr zamanı dronlardan istifadə olunub.

"İran İslam Respublikasının Silahlı Qüvvələri bu gün sübhdən etibarən İsrail Hərbi Hava Qüvvələrinin "Təl-Nof" aviabazasına, eləcə də "Əl-Əzraq" aviabazasında ABŞ-nin "F-35" və "F-15" qırıcılarının yerləşdiyi məkanlara zərbələr endirmək üçün ölkənin müxtəlif rayonlarından pilotsuz uçuş aparatlarını cəlb edib", - məlumatda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az