İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçdi

21:14 - 30 Mart 2026

İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçdi

ABŞ və İsrailin hücumları nəticəsində İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib.


Manset.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Cəmiyyətin təqdim etdiyi statistikaya görə, regionlarda 105.325 mülki obyekt, 83.351 yaşayış binası və paytaxt Tehranda isə 39.508 yaşayış və ticarət binası zərər görüb.

Bundan əlavə, cəmiyyət 297 tibb və müalicə mərkəzinə, 600 məktəbə, 18 Qızıl Aypara mərkəzinə, 48 təcili yardım maşınına və üç təcili yardım helikopterinə hücum edildiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az