Kobaxidze və Rubio tərəfdaşlığı müzakirə etdilər 

22:16 - 30 Mart 2026

Kobaxidze və Rubio tərəfdaşlığı müzakirə etdilər 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.


Manset.az xəbər verir ki, bu barədə İ. Kobaxidze "X"dəki hesabında məlumat bölüşüb.

"Məhsuldar telefon danışığı olub və tərəfdaşlığımızı yenidən qurmağın vacibliyini vurğuladıq", - o yazıb və əlavə edib ki, Gürcüstanın Cənubi Qafqazda güclü tərəfdaş kimi rolu möhkəmləndiriləcək.

"Gürcüstan-ABŞ əlaqələrini gücləndirməyə, regional sabitliyi və əlaqəliliyi inkişaf etdirməyə sadiqik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az