ABŞ ilə danışıqlar aparılmayıb - İran XİN məlumatı təkzib etdi

23:56 - 30 Mart 2026

ABŞ ilə danışıqlar aparılmayıb - İran XİN məlumatı təkzib etdi

İran tərəfi 31 gün ərzində ABŞ ilə heç bir danışıqlar aparmayıb.


Manset.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X"dəki hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ tərəfdən isə danışıqlara müraciət olub:

"Son 31 gün ərzində bizim ABŞ ilə heç bir danışığımız olmayıb. Yalnız ABŞ-dən bir sıra təkliflərlə danışıqlara müraciət baş tutub. Bu, Pakistan da daxil olmaqla, bəzi vasitəçilər tərəfindən bizə çatdırılıb. Mövqeyimiz son dərəcə aydındır".

Bəqai əlavə edib ki, İran xalqı 31 gün ərzində ölkəni qorumağa qadir olduğunu göstərib və "Xeybərşikən", "Xürrəmşəhr" raketləri, "Arash", "Shahed" dronları ilə ABŞ və İsrailin cavabını verib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az