"WhatsApp"dan gözlənilməz YENİLİK

14:55 - 01 Aprel 2026

\"WhatsApp\"dan gözlənilməz YENİLİK

"WhatsApp" istifadəçilərin tətbiq daxilində kimlərin onlayn olduğunu tək bir səhifədə bir yerdə görə biləcəyi yeni bir xüsusiyyət üzərində işləyir.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu xüsusiyyət söhbət başlatmağı asanlaşdırmağı hədəfləyir, lakin onlayn vəziyyətin daha görünən olması səbəbilə gizliliklə bağlı müzakirələrə yol aça bilər.


Bu yeni xüsusiyyətlə istifadəçilər kimlərin onlayn olduğunu görəcəkləri xüsusi bir səhifə əldə edəcəklər.


Xüsusiyyətin hələ inkişaf mərhələsində olduğu və məhdud istifadəçi qrupları ilə sınaqdan keçirildiyi bildirilib. "WhatsApp"ın bu xüsusiyyəti bütün istifadəçilərə nə zaman təqdim edəcəyi isə hələ də dəqiq bilinmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az