İstanbulda hiss edilən zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məlumatlara əsasən, zəlzələnin böyüklüyü 2.6, olaraq qeydə alınıb.
Mərkəzi Eyüp olan təkanın dərinliyi isə 12.6 kilometr olaraq qeyd edilib.
Zəlzələ Avropa Yarımadasında, xüsusilə, Eyüp və ətraf rayonlarda yüngül şəkildə hiss edilib. İlkin məlumatlara görə, hər hansı bir mənfi hal yaşanmayıb, lakin aşağı şiddətli təkan qısa müddətli narahatlığa səbəb olub.