Məşhur cütlük boşanır - Sosial mediada paylaşdılar / FOTO

10:57 - 08 Aprel 2026

Məşhur cütlük boşanır - Sosial mediada paylaşdılar / FOTO

Dilan Polat və Engin Polat cütlüyü yenə boşanma mübahisələri ilə mətbuatın gündəminə düşüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sosial media hesabından paylaşım edən Dilan Polat, Engin Polat və onun ailəsini hədəf alıb. Bu paylaşımına Engin Polatdan cavab gəlib.

Dilan Polat paylaşımında "Səninlə yollarımızı ayırma qərarı aldım. Bu dəfə birmənalı olaraq bu qərarı aldım! Mən artıq düşünürdüm ki, sizin ailə, siz hamınız, mən olmadan daha xoşbəxt olarsınız. Mən kiməm ki? Biz sadəcə zərər və ziyanıq. Mən həssas və sevgi dolu bir insanam. Sevgi, diqqət istəyirəm, amma sən mənim nə demək istədiyimi başa düşmürsən. Səninlə yollarımız bugündən etibarən ayrılır. Sənə o sözü aparanlara da salam deyərsən, səni arxadan doldurana da ayrıca salam deyərsən", - deyə yazıb.

Engin Polat isə "Əslində, mən sənin bu qərarsızlığına dözürdüm, nə edirsən et, artıq mənim üçün heç bir əhəmiyyəti yoxdur", — deyə cavab verib. O da bunu sosial şəbəkə hesabında paylaşıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az