Cənubi Koreya ordusu Şimali Koreyanın Yapon dənizinə doğru çox sayda qısa mənzilli ballistik raket atdığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya Şimali Koreyadan gələn təxribata sərt cavab verəcəyini açıqlayıb.
Orta Şərqdə ABŞ ilə İran arasında 2 həftəlik atəşkəs razılaşması əldə edilərkən bu dəfə Koreya Yarımadası və ətrafında hərəkətlilik müşahidə edilib. Cənubi Koreya Silahlı Qüvvələri Baş Qərargahından (JCS) verilən açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 08:50-də Doğu Dənizinə (Yapon Dənizi) çox sayda qısa mənzilli ballistik raket atdığı qeyd edilib.
Şimali Koreyanın Wonsan bölgəsindən atılan raketlərin təxminən 240 kilometr məsafə qət etdiyi bildirilərək, "Ordumuz Cənubi Koreya-ABŞ birgə müdafiə mövqeyi çərçivəsində Şimali Koreyanın hərəkətlərini yaxından izləyir və hər hansı bir təxribatı amansız şəkildə cavablandırmaq niyyətini davam etdirir", – deyə ifadə olunub.