logo
logo logo
logo

Venezuelada dəhşətli zəlzələdə ölənlərin sayı 4500-ə çatdı

11:03 - 13 İyul 2026

Venezuelada dəhşətli zəlzələdə ölənlərin sayı 4500-ə çatdı

Venesuelada iyunun 24-də baş vermiş iki ardıcıl zəlzələ nəticəsində həyatını itirənlərin sayı 4 490-a yüksəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes bununla bağlı ABŞ-də yerləşən X sosial media platformasında paylaşım edib.

Rodriqes bildirib ki, son məlumatlara əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı daha 157 nəfər artaraq 4 490-a çatıb. Onun sözlərinə görə, yaralananların sayı isə 16 740 nəfərdir.

Milli Assambleyanın sədri qeyd edib ki, zəlzələlərdən sonra 120 794 ailəyə humanitar yardım çatdırılıb. O əlavə edib ki, ən çox insan itkisi qeydə alınan La Quayra bölgəsi başda olmaqla, paytaxt Karakas və Miranda ştatlarında yaradılan müvəqqəti çadır şəhərciklərinin sayı 108-ə çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az