logo
logo logo
logo

Avropada anomal istilər 10 min can aldı

15:50 - 13 İyul 2026

Avropada anomal istilər 10 min can aldı

Avropada iyun ayında müşahidə olunan anomal isti hava şəraiti nəticəsində ölənlərin sayı durmadan artır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə fəaliyyət göstərən Avropa Ölüm Monitorinqi Şəbəkəsinin (EuroMOMO) açıqladığı məlumatlara görə, iyunun 22–28-ni əhatə edən həftədə Avropa ölkələrində ölüm halları proqnozlaşdırılan səviyyəni 10 651 nəfər üstələyib.

Məlumatda bildirilir ki, əlavə qeydə alınan ölümlərin 9 mindən çoxu 65 yaş və yuxarı yaş qrupuna aid şəxslərin payına düşüb.

Hesabata əsasən, həmin dövrdə ölüm göstəricilərinin kəskin artmasının əsas səbəbi anomal isti hava olub. Eyni zamanda, ölüm sayının artmasına səbəb ola biləcək hər hansı ciddi yoluxucu xəstəlik epidemiyası qeydə alınmayıb.

Qeyd edək ki, iyun ayının son günlərindən etibarən Avropanın böyük hissəsini əhatə edən isti hava dalğası bir çox ölkədə gündəlik həyata ciddi təsir göstərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az