İstanbul Respublika Prokurorluğunun Ahbap Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan tanınmış müğənni Haluk Levent hadisədən sonra ilk dəfə ictimaiyyətə müraciət edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Haluk Levent X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib:
"Əziz dostlarım, əsas sensasiyanı gözləyin. Yaxın vaxtlarda verəcəyim açıqlamalarda bu prosesin əvvəldən necə başladığını öyrənəcək və heyrət içində qalacaqsınız".
Müğənni qeyd edib ki, saxlanılmazdan əvvəl Türkiyənin daxili işlər nazirinin müavini Bülənt Turana mesaj göndərib və son 15 gündə də eyni məsələ ilə bağlı hər gün ona müraciət edib.
Levent iddia edib ki, Ahbap Dərnəyinin fəaliyyəti onun şəxsi borc-alacaq münasibətləri ilə əlaqələndirilməyə çalışılır. O, zəlzələdən sonrakı dövrdən bu günədək dərnəyin bütün fəaliyyətinin hərtərəfli yoxlanılmasını istədiyini bildirib.