İranda avtobus aşdı - 18 nəfər yaralandı

11:38 - 15 Yanvar 2022

İranda avtobus aşdı - 18 nəfər yaralandı

İranın İsfahan şəhərində avtobusun qəzaya uğraması nəticəsində 18 nəfər yaralanıb.

Manset.az  “Mehr”ə istinadən xəbər verir ki, bunu şəhərin təcili yardım mərkəzinin nümayəndəsi Abbas Abedi bildirib.

Onun sözlərinə görə, hadisə yanvarın 15-də səhər saatlarında qeydə alınıb: “Hadisə yük avtomobilinin avtobusun arxa hissəsinə çarpılması nəticəsində baş verib”.

Yaralılar hospitala yerləşdiriliblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az