logo
logo logo
logo

"Meta" saxta görüntülərə görə ittiham edilir 

12:36 - 25 Avqust 2026

\"Meta\" saxta görüntülərə görə ittiham edilir 

Polşanın Rəqəmsal İşlər naziri Krzysztof Gawkowski sosial şəbəkə nəhəngi "Meta"nı dələduzluq yolu ilə gəlir əldə etməkdə ittiham edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Polşada prezident Karol Nawrockinin süni intellekt vasitəsilə hazırlanmış saxta görüntüsündən istifadə edən dələduzlar “Facebook”da yayımlanan video vasitəsilə dövlət başçısının adından yüksək gəlir vəd edən investisiya platformasının reklamını yerləşdiriblər. Hadisə ölkədə sosial şəbəkə nəhəngi "Meta"ya qarşı ciddi ittihamların səslənməsinə səbəb olub. 

Polşa Prezidenti Karol Nawrockinin süni intellektlə hazırlanmış saxta görüntüləri dələduzluq məqsədilə investisiya proqramının reklamında istifadə edilib. Sosial şəbəkələrdə sürətlə yayılan videoda Nawrockinin səsi ilə reklam olunan investisiya platformasında qeydiyyatdan keçən istifadəçilərə bir neçə saat ərzində 4 min zlotı (929 avro) qazanacaqları vəd edilib.

Gawkowski bildirib:

“Biri başqa bir şəxsin görüntüsündən dələduzluq məqsədilə istifadə edir. "Meta" bu reklamı yayımlayır və bundan gəlir əldə edir. Eyni zamanda məsuliyyəti kimliyi müəyyən edilməyən reklamverənin üzərinə atır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az