logo
logo logo
logo

İran–Oman razılaşması - Hörmüz boğazında cənub dəhlizi bağlandı

10:55 - 26 Avqust 2026

İran–Oman razılaşması - Hörmüz boğazında cənub dəhlizi bağlandı

İran dövlət televiziyasına açıqlama verən İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Omanla əldə olunan razılaşma çərçivəsində Hörmüz boğazında dəniz nəqliyyatı marşrutunun 7 mil enində müəyyənləşdirildiyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, cənub dəhlizinin bağlandığını açıqlayıb.

Qəribabadi İran dövlət televiziyasına açıqlamasında İran və Oman arasında Hörmüz boğazında müştərək dəhlizin fəaliyyətə gətirilməsi ilə bağlı əldə olunan razılaşmanın təfərrüatlarını açıqlayıb.

Onun sözlərinə görə, iki ölkə arasında boğazda müştərək dəhlizin istifadəyə verilməsi barədə razılıq əldə olunub. Qəribabadi bunun cənub dəhlizinin bağlanması anlamına gəldiyini bildirib.

Nazir müavini qeyd edib ki, razılaşmaya əsasən, boğazdakı dəniz nəqliyyatı marşrutunun müvəqqəti olaraq 7 mil enində olması qərara alınıb. O, Oman tərəfinin cənub marşrutunu tamamilə bağlamağı qəbul etdiyini və hazırda İran silahlı qüvvələrinin bu marşrutdan keçidə icazə vermədiyini vurğulayıb.

Qəribabadi bildirib ki, sözügedən marşrut müvəqqəti xarakter daşıyır və İran Omanla daimi marşrutun müəyyənləşdirilməsi məsələsini müzakirə edəcək.

İranlı rəsmi Hörmüz boğazının hələ də bağlı olduğunu və İranın boğaz üzərində tam nəzarətə malik olduğunu iddia edib. O, gəmilərin boğazdan keçməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini söyləyib.

Qəribabadi ABŞ və digər ölkələrin “Hörmüz boğazının yalnız İranın müəyyən etdiyi qaydalar çərçivəsində açılacağını” bilməli olduğunu vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az