logo
logo logo
logo

Yanğın söndürməyə gedərkən avadanlıqları oğurlandı - Fransada gülməli hadisə

13:34 - 26 Avqust 2026

Yanğın söndürməyə gedərkən avadanlıqları oğurlandı - Fransada gülməli hadisə

Fransada yanğınsöndürənlərin daha çox imkan və işçi qüvvəsi tələbi ilə paytaxt Parisdə nümayiş keçirməyə hazırlaşdığı bir vaxtda 5 yanğınsöndürmə məntəqəsindən təcili xilasetmə avadanlıqlarının oğurlandığı məlum olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu ay Fransanın Rona departamentində 4, İzər departamentində isə 1 yanğınsöndürmə məntəqəsində oğurluq hadisəsi baş verib.

Məlumata görə, məntəqələrdən qəza zamanı avtomobillərdə sıxışaraq qalan insanların xilas edilməsinə imkan verən hidravlik xilasetmə qayçıları oğurlanıb.

Minlərlə avro dəyərində olan avadanlıqlar yanğınsöndürənlərin fövqəladə hallar zamanı fəaliyyətində mühüm əhəmiyyət daşıyır. Oğurluq hadisələri ilə bağlı araşdırma başladılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az