logo
logo logo
logo

İranda silahlı quldurluq edən dəstəyə AĞIR CƏZA - 2 qardaş edam edildi

13:39 - 26 Avqust 2026

İranda silahlı quldurluq edən dəstəyə AĞIR CƏZA - 2 qardaş edam edildi

İranda illər ərzində silahlı quldurluqla məşğul olduğu bildirilən “Nəcəfi qardaşları” adlı dəstənin iki üzvü edam edilib.


Manset.az xarici mediaya istinadən əldə etdiyi məlumata görə, dəstə Tehranın, Kərəcin, Qumun, Məşhədin və Kuhdəştin də daxil olduğu müxtəlif şəhərlərdə əlbir olduğu şəxslərlə birlikdə çoxsaylı quldurluq hadisələri törədib.

Dəstə üzvlərinin əvvəlcədən qarət edəcəkləri evləri müəyyənləşdirdiyi, daha sonra qapıları sındıraraq silahlı şəkildə evlərə daxil olduğu və oradakı qızıl-zinət əşyaları, qiymətli daş-qaş və nağd pulları apardığı bildirilib.

Bəzi hadisələr zamanı quldurların polis əməkdaşlarına atəş açdığı, şikayətçiləri hədələdiyi və xəstəxanaya silahlı hücum təşkil etdiyi qeyd olunub. Dəstənin hədə-qorxu məqsədilə sosial şəbəkələrdə silahlarla görüntülər paylaşdığı da açıqlanıb.

İran məhkəmə orqanlarının məlumatına görə, Həmid və Səid Nəcəfi dəstənin əsas və zorakılığa meyilli üzvləri olub.

İki qardaşın saxlanılmasından sonra onlar barəsində məhkəmə araşdırması aparılıb. Məhkəmənin çıxardığı edam hökmü isə Ali Məhkəmə tərəfindən təsdiqlənib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az