“Kurtlar Vadisi” serialında Polat Alemdar obrazı ilə yaddaşlara həkk olunan məşhur aktyor Necati Şaşmaz uzun fasilədən sonra övladları ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 54 yaşlı aktyor oğulları Ali Nadir və Yusuf Emir ilə Türkiyənin Bitlis vilayətinin Ahlat rayonuna səfər edib. Şaşmaz 1071-ci il Malazgirt qələbəsinin 955-ci ildönümü münasibətilə keçirilən anım və bayram tədbirlərinə qatılıb.
Aktyor övladları ilə birlikdə Ahlatdakı tarixi məkanları gəzib. Tədbir ərazisində Şaşmazı görən vətəndaşlar ona böyük maraq göstəriblər.
Şəxsi həyatını mümkün qədər diqqətdən kənarda saxlamağa çalışan aktyor bu dəfə oğulları ilə keçirdiyi anları sosial şəbəkə hesabında paylaşıb. O, Ahlat səfərindən fotoları “Ahlat gəzintisi” qeydi ilə yayımlayıb.