Nepalın Çin sərhədi yaxınlığında yerləşən Rasuva və ətraf ərazilərdə baş verən güclü sel nəticəsində ölənlərin sayı 55-ə yüksəlib. Çoxsaylı şəxsdən isə hələ də xəbər alınmadığı bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dağlıq ərazi olan Rasuva və ətrafında səhər saatlarında güclü sel baş verib. Təbii fəlakət Bhotekoshi çayı ətrafındakı yaşayış məntəqələrinə və binalara ciddi ziyan vurub.
Yerli hakimiyyət orqanları fəlakət nəticəsində həyatını itirənlərin sayının 55-ə çatdığını açıqlayıb. Xilasetmə və axtarış işləri davam etdirilir.
Hüquq-mühafizə əməkdaşlarının itkin düşən şəxslərin axtarışına cəlb olunduğu, ərazidə xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib.
Bununla yanaşı, Nepal sərhədində yerləşən Hindistanın Bihar ştatında da sel təhlükəsi ilə əlaqədar 6 rayonun əhalisinin təxliyəsinə başlanılıb.