ABŞ-nin Alyaska ştatında kiçik təyyarənin naməlum səbəbdən qəzaya uğradığı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər həyatını itirib.
Səlahiyyətli şəxslər bildiriblər ki, Alyaskanın Ankoric şəhərindən havaya qalxan “Piper PA-24” tipli təyyarə hələlik müəyyənləşdirilməyən səbəbdən qəzaya uğrayıb.
Təyyarənin Seldoviya bölgəsində suya düşdüyünü bildirən səlahiyyətli şəxslər, göyərtədə olan 4 nəfərin meyitinin tapıldığını açıqlayıblar.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmanın davam etdiyi bildirilib.