27 avqustu 28 avqusta bağlayan gecə 5 saatdan çox davam edəcək dərin qismən Ay tutulması baş verəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu nadir səma hadisəsi zamanı Ayın təxminən 96 faizi Yerin kölgəsində qalacaq. Tutulmanın ən diqqətçəkən mərhələsində Ay qırmızı və mis rənglərinə bürünərək “Qanlı Ay” görüntüsü yaradacaq.
Səma hadisəsini maraqla gözləyənlər üçün geri sayım başa çatıb. 27 avqustu 28 avqusta bağlayan gecə baş verəcək Ay tutulması uzunmüddətli olması ilə diqqət çəkəcək. Ay Yerin kölgə konusuna daxil olduqca gecənin sonrakı saatlarında rəngi dəyişərək qırmızı və mis çalarlarında görünəcək. Bu mənzərənin səma həvəskarlarına yaddaqalan görüntülər bəxş edəcəyi gözlənilir.