logo
logo logo
logo

Rusiyada maşın partladıldı - Polkovnik-leytenant həlak oldu

15:31 - 27 Avqust 2026

Rusiyada maşın partladıldı - Polkovnik-leytenant həlak oldu

Rusiyanın Sankt-Peterburq şəhərində hərbi qulluqçu və onun həyat yoldaşının olduğu bildirilən avtomobildə partlayış baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, polkovnik-leytenant rütbəsində olan hərbçi hadisə yerində həlak olub, həyat yoldaşı isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisə Sankt-Peterburqun Slavyanka rayonunda səhər saatlarında baş verib. Rusiya mediasının yaydığı xəbərlərə görə, partlayış avtomobildə olan kustar üsulla hazırlanmış partlayıcının işə düşməsi ilə baş verib.  

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət araşdırmasına başlanıldığını açıqlayıb. Hadisə nəticəsində bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığı bildirilsə də, həlak olan şəxsin hərbçi olub-olmaması və kimliyi barədə hələlik rəsmi məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az