logo
logo logo
logo

Ərdoğanla Tokayev telefonla danışdı 

18:38 - 27 Avqust 2026

Ərdoğanla Tokayev telefonla danışdı 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə telefon danışığı aparıb, ikitərəfli və regional məsələləri müzakirə ediblər.


Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Ərdoğan görüş zamanı 23 avqustda Qazaxıstanda keçirilən Qurultay seçkiləri münasibətilə Tokayevə təbriklərini çatdırıb və seçkilərdə iştirak nisbətinin yüksək olmasının aparılan islahatlara ictimaiyyətin dəstəyinin bir göstəricisi olduğunu bildirib.

O, qarşıdakı dövrdə Türkiyə-Qazaxıstan ikitərəfli əlaqələrini inkişaf etdirmək üçün səy göstərəcəyini ifadə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az