logo
logo logo
logo

"Putin NATO ərazisinə hücum etməyəcək" - Tramp

10:30 - 28 Avqust 2026

\"Putin NATO ərazisinə hücum etməyəcək\" - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO-ya hücum edəcəyindən narahat olmadığını bildirib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp "Axios"a müsahibəsində deyib ki, Rusiyanın NATO-ya hücum edəcəyi ilə bağlı heç bir narahatlığı yoxdur.

ABŞ Prezidenti, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffin rusiyalı həmkarı ilə əlaqələrindən danışıb. O bildirib ki, Ratkliff Rusiya tərəfdəki həmkarı ilə altı ayda bir və ya ildə bir dəfə görüşür. Tramp onların münasibətlərinin çox yaxşı olduğunu vurğulayıb.

“Heç bir mesaj verilməmişdi və qeyri-adi heç nə baş verməmişdi”, – deyə ABŞ Prezidenti qeyd edib.

Oval Ofisdə jurnalistlərə açıqlamasında Tramp bir daha vurğulayıb: “Putin NATO ərazisinə hücum etməyəcək”. O, həmçinin Rusiyanın Hörmüz boğazı ilə bağlı davranışını müsbət qiymətləndirərək, “Rusiya Hörmüz boğazı ilə olduqca yaxşı davrandı” deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az