logo
logo logo
logo

Dünyaca məşhur müğənni rus agenti imiş - FOTO

12:06 - 28 Avqust 2026

Dünyaca məşhur müğənni rus agenti imiş - FOTO

Rusiyada müxalif mövqeyi ilə tanınan musiqi qrupu "Riot"un keçmiş üzvlərindən Rita Flores Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) onu təhdid və təzyiq yolu ilə agent kimi əməkdaşlığa məcbur etdiyini iddia edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o bildirib ki, 2023-cü ilin fevralında Moskvadakı evinə basqın edildikdən sonra FSB əməkdaşları onu qurumla əməkdaşlığa məcbur etməyə çalışıblar.

O, Ukraynada törədildiyi iddia olunan Rusiya hərbi cinayətləri ilə bağlı sosial şəbəkələrdə etdiyi paylaşımlara görə barəsində cinayət işi açıla biləcəyi ilə hədələndiyini deyib. Flores həmçinin ailəsinin də təzyiq və təhdidlərin hədəfinə çevrildiyini bildirib.

Floresin sözlərinə görə, FSB əməkdaşları onu ailəsini öldürməklə hədələyiblər. “Məni hər cür təhdid və təzyiq vasitəsilə öz tərəflərinə çəkməyə başladılar”, – deyə o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az