“Transformers” seriyasının məşhur personajı "Optimus Prime"a onilliklər ərzində səsi ilə həyat verən Peter Kallen 85 yaşında vəfat edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Vinni Pux” cizgi filmində Eeyore obrazını səsləndirməsi ilə yanaşı yüzlərlə ekran əsərində səsi ilə yadda qalan kanadalı səsləndirmə sənətçisi avqustun 26-da, çərşənbə günü Los-Ancelesdəki evində dünyasını dəyişib.
Kallenin vəfat etdiyi onun nümayəndəsi Kevin Motli tərəfindən təsdiqlənib. Bildirilib ki, sənətçi 85 yaşında ailə üzvlərinin yanında həyatını itirib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.