ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara yenidən başlamaq niyyətində olduqları barədə yayılan xəbərlərə münasibət bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp “Truth Social” hesabında ABŞ-nin “Fox News” telekanalının Tehran və Vaşinqton arasında danışıqlarla bağlı xəbərini paylaşaraq “Mən görüşmək istəmirəm, onlar istəyir” ifadəsini işlədib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə diplomatik prosesin yenidən başlamasının mümkünsüz olmadığını bildirib.
Qətər isə ABŞ və İrana danışıqlar prosesinə qayıtmaq çağırışı edib.