Məşhur müğənni və aktrisa Cennifer Lopez vannada noutbukla işləyərkən çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşaraq diqqət çəkib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 57 yaşlı sənətçi köpüklərlə dolu vannada işləyərkən çəkdirdiyi fotonun üzərinə “Bugünkü ofis” qeydini yazıb. Lopezin paylaşımı onun vanna sevgisini bir daha gündəmə gətirib.
Məşhur ulduzun bu paylaşımı ötən aylarda bacısı Lynda Lopezlə keçirdiyi ad günü qeydini də xatırladıb. Lopez Avropa səfəri zamanı bacısının ad gününü birlikdə qeyd edib.
Həmin vaxt paylaşdığı fotolarda Cennifer Lopezin vannada tort yediyi, Lynda Lopezin isə vannanın yanında yerdə oturaraq ad günü tortundan daddığı görünürdü.
Lopez paylaşımında bacısına “İkiqat ad günü üçün bacı tətili həmişə möhtəşəm fikirdir! Səni çox sevirəm, Lynnie! Yaxşı ki, doğulmusan!” sözləri ilə müraciət etmişdi.