İtaliyada yayın əvvəlindən etibarən başlayan beşinci isti hava dalğası səbəbilə bu gün 9 şəhərdə “qırmızı həyəcan” elan edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin mərkəzi və cənub bölgələrində həftənin əvvəlindən yeni isti hava dalğası müşahidə olunur. İtaliya Səhiyyə Nazirliyi isti hava dalğasının mənfi təsirlərindən qorunmaq üçün yüksək riskli əraziləri “qırmızı” kateqoriyaya daxil edib.
Bari, Kalyari, Kampobasso, Kataniya, Latina, Messina, Palermo, Roma və Recco Kalabriya şəhərlərində “qırmızı həyəcan” elan olunub.
Səhiyyə Nazirliyi günəşdən qorunmaq üçün bir sıra xəbərdarlıqları və tədbirləri yeniləyib. Xüsusilə yaşlılara, uşaqlara və xəstələrə günün ən isti saatları olan 11:00-18:00 arasında açıq havada olmamaq tövsiyə edilib.