Nepalın şimal rayonlarında baş vermiş daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb.
Manset.az xəbər verir ki, bu barədə Nepalın Risklərin azaldılması və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, 734 nəfərin meyiti tapılıb. İndiyə qədər 8 186 nəfər xilas edilib, onların arasında 227 xarici ölkə vətəndaşı var. Aralarında 588 əcnəbi də olmaqla, 2,5 min nəfər itkin düşmüş sayılır.