logo
logo logo
logo

Dəhşətli həşərat İngiltərəni bürüdü - Vətəndaşlara xəbərdarlıq edildi

17:47 - 25 Sentyabr 2026

Dəhşətli həşərat İngiltərəni bürüdü - Vətəndaşlara xəbərdarlıq edildi

Mütəxəssislər bu payız İngiltərənin müxtəlif bölgələrində gənə dişləmələrinin əhəmiyyətli dərəcədə artdığı barədə xəbərdarlıq edərək əhalini ehtiyat tədbirləri görməyə çağırıb.


  • Manset.az xarici mediaya istinadən xəbər verir ki, gənələrin yalnız kənd yerlərində deyil, şəhər mərkəzlərindəki park və bağlarda da geniş yayıldığı bildirilir.

Gənə dişləmələri və onlardan qorunma üzrə mütəxəssis Hovard Karter təbiətdə vaxt keçirən yürüşçülərin, it sahiblərinin və ailələrin ciddi risk altında olduğunu bildirib. Gənə sayının xüsusilə hazırkı dövrdən noyabrın əvvəlinədək ən yüksək həddə çatdığı qeyd edilir.

Mütəxəssislərin sözlərinə görə, gənələr yalnız marallarda deyil, itlər, pişiklər və şəhər kirpiləri kimi heyvanların üzərində, eləcə də hündür otlarda və bitkilərdə yaşaya bilir.

Açıq dəriyə yapışa bilən bu canlılardan qorunmaq üçün qolları və ayaqları örtən geyimlərdən istifadə etmək, cığırlardan kənara çıxmamaq, həmçinin açıq havada vaxt keçirdikdən sonra dərini və ev heyvanlarını yoxlamaq tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az