Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya gedib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, Zelenski orada Kral III Çarlz və ölkənin Baş naziri Endi Börnem ilə görüşəcək.
***
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya Kralı III Çarlz ilə görüşüb.
O bu barədə sosial şəbəkələrdə məlumat verib.
“Ukraynaya göstərilən sarsılmaz dəstəyə görə şəxsən minnətdarlığımı bildirmək imkanının olması mənim üçün vacibdir. Biz Böyük Britaniyanın göstərdiyi bütün yardımları yüksək qiymətləndiririk”, - deyə o əlavə edib.