Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.Kreml sözçüsü Ukraynanın danışıqlar prosesini uzatmaqda da ittiham edib.
Peskov Kiyevin danışıqların sürətlənməsinə maraq göstərmədiyini də əlavə edib.
O həmçinin, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin imzalanacağı təqdirdə Putin-Zelenski görüşünün keçirilməsinə ehtiyac yarana biləcəyini istisna etməyib.