Şimali Koreya lideri Kim Çen In, ölkəsinin qurulmasının 77-ci ildönümündə çıxış edərək nüvə silahı proqramından əl çəkməyəcəklərini bəyan edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, o, Şimali Koreyanın güclü bir dövlət qurmaq üçün göstərdiyi səylərin əhəmiyyətini vurğulayıb və ölkəsinin təhlükəsizliyinin dəyişməz olduğunu qeyd edib.
Kim, sosializmin doğru yol olduğunu müdafiə edərək, "Ölkəmizi heç bir xarici gücə buraxmayacağıq" deyib.