logo
logo logo
logo

Aİ vətəndaşlara fövqəladə vəziyyət xəbərdarlığı etdi 

16:42 - 04 Noyabr 2026

Aİ vətəndaşlara fövqəladə vəziyyət xəbərdarlığı etdi 

Avropa İttifaqı (Aİ) vətəndaşlar üçün fövqəladə vəziyyətlərə hazırlıq üzrə yeni bələdçi dərc edib. Sənəddə insanların böhran zamanı ilk üç gün ərzində əsas ehtiyaclarını dövlət yardımına ehtiyac duymadan özlərinin qarşılaya bilmələri üçün hazırlıq görmələri tövsiyə olunur.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyası böhran şəraitində vətəndaşların ilk üç gün ərzində zəruri ehtiyaclarını müstəqil şəkildə təmin etməsi, hazırlıq təlimlərində iştirak etməsi və etibarlı məlumat mənbələrindən yararlanması ilə bağlı tövsiyələri əhatə edən yeni fövqəladə vəziyyət bələdçisini yayımlayıb.

Avropa Komissiyasının açıqlamasında bildirilib ki, Avropa getdikcə daha tez-tez mürəkkəb böhranlarla üzləşir. Bu səbəbdən qitənin belə vəziyyətlərə qarşı dayanıqlığını artırmaq məqsədilə konkret tədbirlər həyata keçirilir.

Məlumata görə, Avropa Komissiyasının bərabərlik, hazırlıq və böhranların idarə olunması üzrə üzvü Haca Lahbib Brüsseldə keçirilən 9-cu Avropa Mülki Müdafiə Forumunda vətəndaşların fövqəladə vəziyyətlərə hazırlığını təmin etmək üçün hazırlanmış yeni bələdçini təqdim edib.

Yeni bələdçidə dövlət yardımının göstərilməsinə başlanılanadək keçəcək ilk üç gün ərzində vətəndaşların əsas ehtiyaclarını özlərinin təmin edə bilməsi üçün əvvəlcədən hazırlıq görmələri tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az