logo
logo logo
logo

İsraildə seçkilərin rəsmi nəticələri AÇIQLANDI

17:19 - 04 Noyabr 2026

İsraildə seçkilərin rəsmi nəticələri AÇIQLANDI

İsrail Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən ümumi seçkilərin nəticələrini rəsmən elan edib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrail Mərkəzi Seçki Komissiyası ötən həftə keçirilən parlament seçkilərinin rəsmi nəticələrini açıqlayıb. Nəticələrə əsasən, 120 yerlik parlamentdə müxalifət partiyaları 67, Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hakim blok isə 53 mandat qazanıb.

Müxalifətin qazandığı 67 mandatdan 48-i keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun “Yashar” partiyası ilə ittifaqda olan siyasi qüvvələrin, 19-u isə üçpartiyalı koalisiyaya daxil olan “Ortaq Siyahı” və “Ra'am” partiyalarının rəhbərlik etdiyi ərəb siyasi qüvvələrinin payına düşüb.

Beləliklə, yaranmış siyasi mənzərəyə görə, nə Netanyahu, nə də Ayzenkot digər siyasi bloklardan dəstək almadan hökumət qurmaq üçün tələb olunan 61 mandatı təmin edə bilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az