ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərin nəticələri açıqlanmaqda davam edərkən Demokratlar Partiyasına efirində “daim” yer verdiyinə görə “Fox News” telekanalını seçkilərdəki məğlubiyyətlərə görə məsuliyyət daşımaqda ittiham edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edərək Nyu-Yorkun keçmiş meri Bill de Blazionun telekanalın efirinə dəvət olunmasını tənqid edib. O, De Blazionun şəhər tarixinin “ən pis meri olduğunu” iddia edib.
Tramp paylaşımında bildirib:
“De Blazio şəhəri rüsvayçılıq içində tərk etdi və vurduğu zərərin miqyasını hesablamaq mümkün deyil. İndi isə bizə Amerikanın necə idarə olunmalı olduğunu izah edir. “Fox News” Demokrat müxalifətinə və daha betər qüvvələrə efirində davamlı və ardıcıl şəkildə yer verməklə bu məğlubiyyətlərə görə məsuliyyət daşıyır”.