logo
logo logo
logo

“Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - ANBAAN VİDEO

12:01 - 04 Noyabr 2026

“Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - ANBAAN VİDEO

Noyabrın 3-də saat 09:38-da Xocasən–Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində Cavid Ağayevin idarə etdiyi "Toyota" markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub.


Baş Dövlət Yol Polisi İdarəsindən Manset.az-a verilən xəbərə görə, qəza nəticəsində A. Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır.

Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

İlkin araşdırma zamanı sürücü sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. O, həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini qeyd edib.

Sükan arxasında dəfələrlə yuxuya getdiyini bilə-bilə yenidən avtomobil idarə etmək insanların həyatını birbaşa təhlükəyə atan bağışlanmaz məsuliyyətsizlikdir.

Yuxulu halda sükan arxasına əyləşməmək də, yolda yuxusu gələndə təhlükəsiz yerdə dayanmaq da sürücünün öz əlindədir. Ancaq gözləri yumulduğu halda yoluna davam edən sürücü bir daha gözlərini açmaya, sağ qalsa belə, bir insanın ölümünə səbəb olan bu səhv qərara görə illərlə evindən və ailəsindən uzaqda gecələyə bilər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az