logo
logo logo
logo

Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir 

10:50 - 04 Noyabr 2026

Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir 

Son dövrlərdə özlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin struktur qurumlarının əməkdaşı kimi təqdim edən şəxslərin bələdiyyə üzvlərinə zəng edərək müxtəlif adlar altında ödənişlər tələb etməsi hallarına rast gəlinir. 


Bu barədə Manset.az-a nazirlikdən məlumat verilib. 

Məlumata görə, Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı fəaliyyəti onların işinin təşkilinə kömək etmək, metodoloji yardım göstərmək və inzibati nəzarəti həyata keçirməkdən ibarətdir.

Bu sahədə fəaliyyətlə bağlı Nazirliyə dövlət rüsumunun və ya hər hansı digər adda vəsaitin ödənilməsi nəzərdə tutulmayıb və bələdiyyələrə belə tələblər irəli sürülmür.

Bələdiyyələrin vəzifəli şəxslərinə diqqətli olmaq, şübhəli zənglərə və mesajlara, eləcə də digər üsulla irəli sürülən bu cür qanunsuz ödəniş tələblərinə inanmamaq tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az