Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyeva noyabrın
3-də Fəxri xiyabanı ziyarət edib.
Manset.az xəbər verir ki, Müvəkkil Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edərək məzarı üzərinə tər güllər düzüb.
Tanınmış
dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad
olunub.