“Qarabağ” Misli Premyer Liqasının ev oyunlarını “Azersun Arena”da keçirəcək.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunun qazonunda renovasiya işlərinin aparılması ilə əlaqədar PFL-ə müraciət edib.
Klubun müraciətini və “Azersun Arena”nın oyunları qəbul etməyə hazır olduğunu nəzərə alan PFL qərar qəbul edib.
Beləliklə, “Qarabağ” Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”la qarşılaşmadan etibarən ev oyunlarını “Azersun Arena”da keçirəcək.