Türkiyənin "Fənərbağça" klubu portuqaliyalı mütəxəssis Serjiu Konseysau ilə anlaşıb.
Manset.az xəbər verir ki, bu barədə qardaş ölkənin idman nəşrləri məlumat yayıb.
Məlumata görə 51 yaşlı baş məşqçinin müqaviləsinin müddəti 1,5 illik olacaq. O, İstanbul klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində "Liverpul"a qarşı keçirəcəyi oyunu tribunadan izləyəcək.