logo
logo logo
logo

Nazirlər Milli Məclisə toplaşırlar 

09:30 - 02 Noyabr 2026

Nazirlər Milli Məclisə toplaşırlar 

2027-ci ilin dövlət büdcəsi zərfi Milli Məclisdə müzakirəyə çıxarılır.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, büdcə zərfinə daxil olan sənədlər parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 5-də keçiriləcək iclasında müzakirə olunacaq.

Müzakirələrdə maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər qurumların əməkdaşlarının iştirak edəcəyi gözlənilir.

Bundan əlavə, Milli Məclisin digər müvafiq komitələrinin iclaslarında da hökumət rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri son proqnozlara əsasən 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az