logo
logo logo
logo

Türkiyədə narkotik əməliyyatı - 40 nəfər saxlanıldı

18:33 - 01 Noyabr 2026

Türkiyədə narkotik əməliyyatı - 40 nəfər saxlanıldı

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən qanunsuz narkotik əməliyyatları zamanı 40 nəfər həbs edilib.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, oktyabrın 25-dən 31-dək polis əməkdaşları şəhərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.

Bildirilib ki, araşdırma nəticəsində ümumilikdə 109 şübhəli saxlanılıb: "Şübhəlilərdən 40-ı barəsində həbs qərarı verilib. Digər şəxslərlə bağlı hüquqi prosedurlar davam edir".

Əməliyyatlar zamanı müxtəlif növ və miqdarda narkotik vasitələr, 1 ədəd tapança, 24 ov tüfəngi patronu, həmçinin 159 min 475 Türkiyə lirəsi (təxminən 5 442 manat) aşkarlanaraq götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az