logo
logo logo
logo

"Türk dilli ölkələrin birliyi çoxlarını qorxuya salır" - Şamil Ayrım

21:24 - 31 Oktyabr 2026

\"Türk dilli ölkələrin birliyi çoxlarını qorxuya salır\" - Şamil Ayrım

“Bizim dostluğumuz və qardaşlığımız əbədidir. Türkdilli dövlətlərin iqtisadi gücü artdıqca bu gücdən qorxuya düşənlər də var”.


Manset.az Korrekt.az-a istinadən xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə toplantısı çərçivəsində Ankarada keçirilən “Fikirdən Dialoqa, İrəli” adlı Türk Dünyası Dialoq Forumunda çıxışı zamanı Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım bildirib.

Deputat qeyd edib ki, türk dövlətləri arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri tarixi köklərə əsaslanır və bu birlik daha da möhkəmlənir.

Şamil Ayrım çıxışında Orta Dəhlizin əhəmiyyətinə də toxunub. O, bu marşrutun yalnız nəqliyyat və logistika xətti kimi deyil, həm də ortaq investisiyaların, istehsalın və rifahın artırılmasına xidmət edən mühüm əməkdaşlıq platformasına çevrilməsinin vacibliyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az